“ADVEX” MMC şirkəti 2023-cü ildən “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” (ASTA) ictimai birliyinin üzvüdür.

“ADVEX” MMC reklam şirkəti 20 may 2022-ci il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikası ərazisində yerli və beynəlxalq sərgi və tədbirlərdə iştirak edir. Şirkətimizin əsas fəaliyyəti təqdim olunan texniki tapşırıqlar əsasında sərgi stendləri üçün dizayn-layihələrin hazırlanmasından, təsdiq olunan dizayna uyğun olaraq sərgi pavilyonlarında stendlərin montaj və demontaj işlərinin həyata keçirilməsindən, həmçinin sifarişçilərin sərgi müddəti ərzində icarə əsasında müxtəlif mebel və avadanlıqlarla təmin edilməsindən ibarətdir. Əsas prioritetlərimiz təcrübəli komandamız tərəfindən operativ və peşəkar xidmətlərin göstərilməsi, işlərin vaxtında və keyfiyyətli icra olunması, bununla da, müştəri məmnuniyyətinin qazanılmasıdır. Eyni zamanda, “ADVEX” MMC şirkəti 2023-cü ildən “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” (ASTA) ictimai birliyinin üzvüdür.

ADVEX

Xətai Rayonu Nəcəfqulu Rəfiyev 29 Bakı, Azərbaycan
Tel: +994 50 852 16 61
Email: info@advex.az

Bizi sosial şəbəkələrdə izləyin